Həyat Elə

Həyat elə də asand deyil ki… bəzən istədiyin bir şeyin tamamilə əksinə hərəkət etmək məcburiyətində qalırsan. Bəzənsə istədiyin birşeyə nail olmaq həyatını məhv edir. Bəzən istəmədiyin kəlmələri dilindən çıxarmağa məcbur olarsan, bəzən də istədiklərini deməklə uduzarsan. Bəzən çox bacarıqlı bir şey edərsən ama hər şeyi məhv edər bu bacarıgın. İstəyib əldə etmək deyil, doğru olanı istəməkdir vacib olan.

Nə etdiyin deyil , nəyə nail olduğun, ya da nəticədə nə aldığındır önəmli olan. Etdiyin səni nəyə aparır , ya da yolun hansı tərəfədi. Bəlkə kəsə yoldan getmək istərsən zaman qazanmaq üçün ,ama yolu səhv salıb daha çox zaman itirərsən. Bəzən də hər şeyi özün məhv edərsən bilərəkdən. Bəlkə özünü cəzalandırmaq üçün ,bəlkə də kiməsə qəzəbləndiyin üçün.

Qəribə deyilmi həyat? Bəzən sənə gözlənilməz sürprizlər yaşadır. Bəzən buludlar çökmüşkən həyatına bir anda günəş parıldayır, bəzən də çiçəklər açmışkən qəfil tufanlar əsməyə başlayır, çiçəkləri qoparır.

Nigar Şəmsi
www.kafiye.net