DƏYDİ..

Mən sevgimi üzə saldım..
Arzum,kamım daşa dəydi.
Hikkələrə məruz qaldım..
İmdad umdum boşa dəydi.
*
Ruhum küsdü,barışmadı,
Ətraf işə qarışmadı,
Aman umdum kar aşmadı..
Bahar ömrüm qışa dəydi.
*
Dağa baxdım, dağ göynədi,
Ufaq sözdən bağ göynədi,
Lal dayandım haqq göynədi..
Lütf eylədim xışa dəydi.
*
Ahım qəlbdə yara oldu,
Gündüzlərim qara oldu,
Eşqim para – para oldu..
Vəsfim sanki çaşa dəydi.
*
Dan istədim, zülmət oldu,
Az istədim, minnət oldu,
Nadan evi cənnət oldu..
Dərdli gözüm yaşa dəydi.
*
Oxu dedim, bülbül susdu,
Salim oldum, zalim küsdü,
Tellərimə ağlar düşdü..
Oxum süzüb, quşa dəydi.
*
Lütf eylədi Nazlı yara,
Məramına tapdı çara,
Artıq geymir əyni qara..
Zülmə oxu, qoşa dəydi.

Nazli Hacili
www.kafiye.net