Ruha Paklıq

Ruha paklıq,ürəyimə nur verir
Zəmzəm kimi göz yaşımı içməyim
İbrahimin qurbanına bənzəyir
Haqq yolunda mənim səndən keçməyim.

Ruzgar məni xəzəl kimi sovursa
Yazda yağış,qışda dolu yağaram.
Eşqin məni atəşində qovursa
Simurq kimi küllərimdən doğaram.

Qəlbə damla-damla dolan saf işıq
Nurun qaynağından süzülüb gəlir
Eşqim kainata verir yaraşıq
Mələklər cərgəyə düzülüb gəlir

Zərrələr içində bir zərrə olub
Ulu Yaradanın xidmətindəyəm
Bir Tənha Buludun cisminə dolub
Dünyada bir insan surətindəyəm

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net