Fani Dünya

Bu fani dünyada izim də qərib
Eşqim də qəribdir,özüm də qərib
Göydən yerə enən sözüm də qərib
Topla səpələnən ruhumu,Allah!

Sevincim qurumuş bulaq kimidir
Gülüş qəmli ğözə yamaq kimidir
Ümidim bir yetim uşaq kimidir
Topla səpələnən ruhumu,Allah!

Səndən.yaxşı məni tanıyan varmı?
Gizlini sənintək bilən olarmı?
Səndən uzaq düşən nicat taparmı?
Topla səpələnən ruhumu,Allah!

Tamara Rustamova Tenha Bulud
www.kafiye.net