Ağlama gözlərim ağlama bəsdir.

İllərdir tökdüyün göz yaşlarından.
Həsrət badəsini içdin başından
Gecələr yatmayıb çırpınışından.
Ağlama gözlərim ağlama bəsdir
Yoruldum ağlama artıq əbəsdir.

Hər gecə üstümə gələn kabusdan
Ömrünü yaşayan belə məhbusdan
Sənin tanıdığın balaca qızdan
Salıb yaddaşına ağlama bəsdir
Yoruldum ağlama artıq əbəsdir.

Əlim də usanıb daha silməkdən.
Səndə usan daha qan yaş tökməkdən.
Unut bir dəfəlik bu deyinməkdən
Ağlama gözlərim ağlama bəsdir.
Yoruldum ağlama artıq əbəsdir.

Bir az qürurlu ol bir azca da sərt
Bacar yaşatmağı sə də bir az dərt
Çəkdiyin əzabdan sən də al ibrət.
Ağlama gözlərim ağlama bəsdir.
Yoruldum ağlama artıq əbəsdir.

Kiminçün tökürsən bax bir yaşını.
Tökmür ətəyindən tökmür daşını.
Bilsöə də acını əymir başını,
Ağlama gözlərim ağlama bəsdir.
Bu gün anlamışam artıq əbəsdir.

Nahidə.11.10 2017
Nahide Tagiyeva Qurbanova
www.kafiye.net