Eşqim

Eşqimdən yazacam şeir diliylə,
Eşqimin dilinden söz almış kimi.
Alnımın şeiri ele yazılmış
Lap əruz vəznində yazılmış kimi.

Eşqim vəfalıdır, tutmuş sözünü,
Hər zaman demişdir sözün düzünü.
Yanıb-yaxılanda asmış özünü –
Gözümdən damlalar asılmış kimi.

Eşqimə ağlım da çaşıb mat qalıb,
Duyğu dənizimdə o haray salıb,
İlk gündən qəlbimi əlimdən alıb –
Döyüşdə zəfəri qazanmış kimi.

Eşqimin gözləri duman, çənimdir
Ruhumun saçına düşən dənimdir.
Ölsə də, qalsa da bu eşq mənimdir –
Məzarı qəlbimə qazılmış kimi.


Seadet Qerib Rzayeva
www.kafiye.net