ÖMÜR, GƏL ƏVVƏLƏ QAYIDAQ

Dedim: – ömür, gəl əvvələ qayıdaq,
Ağ saçlarım inciyərək, dur dedi.
Arzu qanadında solan hər budaq,
Cərgəmizi sən yenidən qur dedi.

Qəm söylədi, intizarlı göz, əlin
Dönsən geri, hicrana çox ağırdı.
Əldə səhəng bulaq üstə gözəlin
İlk sevgimdə təbəssümü çağırdı.

Xatiratlar fikri yana çəkirdi,
– Sonum gəlir, demək canı verəcəm.
Uşaqlığım dedi: – gözəl fikirdi,
Ata – ana nəvazişi görəcəm.

Sonsuz can atırdı, xəyal qüvvəsi
O ötən illərə zaman yeriyə.
Bütün gedənləri görmək həvəsi,
İsrar edirdi ki, qayıt geriyə.

Can, cismi sevməkmiş hey məcbur edən,
Geriyə dönərmi deyin yaşanan?
Övlada, nəvəyə olan sevgidən
Kövrəlib, fikrimdən oldum daşınan.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net