BƏYƏNMİR(bədaətən)

Hansı zəmanəyə gəlmişik Allah,
Bülbül, adındakı xarı bəyənmir.
Xoruz ac-yalavac durb hər sabah,
İndə buğda gəzir, “darı”. bəyənmir.

Ağacın yanından ötüşür dələ,
“Koğuş”u günahkar eyləyir belə.
El içrə özenü göstərən “lələ”
Hərdən evindəki yarı bəyənmir.

Deyəsən tarixə qovuşur “pəyə”,
Kəndli şəhərli tək yaşasın deyə.
Toyuq da yer gəzir bilmirəm niyə,
Yumurta verməyə “tarı” bəyənmir.

Gül- çiçək istəyir dağların başı,
Nə olsun ucadır, uludur yaşı.
Düzlərə göz vurub çatılır qaşı,
Artıq, zirvəsində qarı bəyənmir.

Dünyanın, qəlbinin əriyir yağı,
Artıq gözlərinə endirib ağı.
Ağızda yaşmağı, başda yaylığı,
Həştad yaşındakı qarı bəyənmir.

Duyğulu, şeirlə başını qatma,
Yetənə yenə də durub daş atma.
Dünyaya hökm edir bir qaraqatma,
Nəyi bəyənsə də, arı bəyənmir.

Müəllif. Metanet Duyğulu.
29.09.2019
www.kafiye.net