Ağır Emanet

Ağır əmanət”Örpəyim” 2 hissəli poemadan
Mənim balam,al,bu örpək
Nənəmin yadigarıdır.
Gözün kimi qoru onu,
Millətin iftixarıdır.
Bu örpəkdə
Ana Vətən torpağımın qoxusu var,
Doğma ana qucağında
Şirin-şirin layla ilə mürgüləyən
Körpələrin yuxusu var.
Pak,müqəddəs,əziz ata ocağından
Od götürüb,
şərəf,namus,ləyaqətlə
Öz irsindən nəsillərə
Ad ötürüb.
Yoxdur mənim mal-dövlətim
Buna görə mənə kasıb
demə,qızım.
Mən bu ağır əmanəti
Cehiz verdim sənə,qızım.

QIZIN CAVABI;

Ah,nə gözəl qoxusu var orpəyimin
Mənə örpək bəxş eyləyən
əllərinə qurban olum,
Anam mənim.
Qazlıq dağı çiçəkləri ,gülləriylə çətirlənib.
Burlaxatun,Banuçiçək nəfəsiylə ətirlənib,
Bu dünyanın malı-pulu
Dağlarımın, düzlərimin
bir çiçəyi,bir gülüycən
Gəlməz mənə.
Zənginlərin imarəti,eyş-işrəti
Örpəyimin bir saçağı,
bir teliycən gəlməz mənə.
Dədəm Qorqud kəlməsindən
Öyüd alaın o müqəddəs
Qolça Qopuz sazıyam mən,
Nə qədər ki bu örpəyim başımdadır,
Bu torpağın ən dövlətli qızıyam mən

Qızın sözləri:/musiqili bayatı/
Mən aşiqəm yoluna,
Çiçək düzüm yoluna
Vətənin ətri hopub
Örpəyimə,şalıma.

Allı-güllü yaylığım,
İpək telli yaylığım.
Sülh quşusan ellərə
Adın bəlli,yaylığım.

Mən aşiqəm dağ kimi,
Bağça kimi,bağ kimi
Qaldırım başım üstə
Örpəyi bayraq kimiş

06.03.2019
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net