MƏKTƏBLIDI DAHA HƏSƏN!

Məktəblidi daha Həsən,
Şagird adı daşıyır o.
Nurlu yola addım atıb,
Gözəl ömür yaşayır o.

Yuxusundan tez oyanır ,
Günəş kimi gülə-gülə .
Həsən qalxıb yuxusundan,
İdman edir sonra hələ.

Əvvəl yuyur əl-üzünü ,
Sonra gedib edir nahar .
Geyib məktəb paltarını,
Dərslərini edir təkrar.

Anasıyla öpüşərək,
Ələ alır çantasını.
Dərsə getmək vaxtı çatır,
Haraylayır atasını.

Oyuncaqla deyil,daha,
Kitablarla dostluq edir.
Dərslərdən beş almaq üçün,
Hər gün səhər dərsə gedir.

Zaur Vedili
www.kafiye.net