Yaxşı aglamalı

Yaxşı aglamalı havadı indi,
Gözlərim göz yaşın havasındadı .
Yaxşıca agladım dənizqıragı ,
Ləpəli sahili yudu gözlərim.
Yaxşı havalıdı gözlərim indi ,
Hansı hava calsın kipriklərimdə?
Nə bilsin göylərin gözəllikləri ,
Belə aglamalı havalardadı!
Yaman aglatmalı havadı indi,
Kimin aglamaga ehtiyacı var?
Bir it balasıda yoxdu bu gündə,
Bu dərin dərdimdən cixarda meni!
Mən hec dəniz kimi dalgalanmadım,
Yudum gözyaşımla baxışlarımı,
Üzümə baxmadı dəniz bu gecə,
Sözümə baxmadı gözüm indicə,
Yaxşı aglamalı tənhalıgım var!
Yaxşı tənhalıgın aglamagı var!
Yıxdım ayı dənizdə kölgəsi üstə,
Baxırdım bu ayın dənizdə uzaqlıgına,
Mən dünya icində gözyaşı gəzən ,
Gözündə dənizlər gəzdirən qadın,
Sen həsrət cəkməyə həsrətsən bəzən
Mən yaxşı olmaqdan bezmirəm hələ!!

Dilşad Araz
www.kafiye.net