İNTİZAR

İntizarın baslasa, rastına cıxsa bir gün,
Qacıb küçə boyunca, yorulasan doyunca.
Ürəyindəki dünya, dünyanı yıxa bir gün,
Gözlərindən asılsın tək bir xəyal doyunca.

Doyunca dərdləşəsən, yağan yağışlar ilə,
Mələklər qəbir qaza yatağında hə gecə.
Yastığına baş qoyan şeytan baxışlar ilə,
Göz gözə dayanasan, otağında hər gecə!

Carmıxdan azadlığa, azadlığın car cəkə,
Səsindən tufan qopa, yıxıl, torpağa dağıl
Ya bu təlatümlərdən yaranacaq təhlükə,
Ya gözlərində yaşa, yada ki birdə doğul!

Doğul, ana qoynuna yaraşıq ver təzədən,
Təzə nəfəsini dər, bir dəstə tut ey adam.
Köhnəlməmiş yurd yuvan, köhə yerə təzə dön,
Ruhunu saxlamışam ey özünü unudan!

Dilşad Araz
www.kafiye.net