RUHUMUN GƏLİNLİYİ

Yaş ötübdür ömür keçib gün keçib,
Həyat mənə nağıllardan don biçib,
Axı bahar göy üzündən su istər,
Mənimkisə göz yaşımdan su içib.

İndi o, bahara gəl deyə-deyə,
Qalmışam amma ki, birmirəm niyə.
Vağzalı səsinə gözlərim dolur,
Həsrətlə baxıram ağ gəlinliyə.

Bəlkə də harayım ünüm ondadır,
Hər arzum- istəyim qucağındadır.
Ruhum yaşımla heç getməyir yola,
Hələ də vağzalı sorağındadır.

Ruhum dur, gəlinlik göz yaşın oldu,
Duvağın həsrətli baxışın oldu.
Göylərə ucalan vağzalı səsi,
Ömrünün matəmli yağışı oldu.

Bununla yenə də hey dönə-dönə,
Bahara qayıtmaq istərsən yenə.
Payızla baharın dəyişik düşüb,
Artıq, gəl geri dön, gəl qayıt mənə.

Müəllif. Metanet Duyğulu.
20.08.2019.
www.kafiye.net