Ö z ü m d ə n u z a q l a d a y a m

Mən özüm özümdən uzaqlardayam,
Nə gəzib,nə də ki soraqla məni.
Bir də ömürboyu tapmayacaqsan
Nə yerdə,nə göydə çıraqla məni.

Nə gəzib,nə də ki soraqla məni,
Özüm də özümün yerini bilməz.
Özüm də özümə edib təsəlli,
Özümdən özümə salam verilməz.

Özüm də özümün yerini bilməz,
Özüm də özümün sorağındayam.
Bilmirəm səhrada,ya hansı düzdə,
Ya hansı dənizin qırağındayam?

Özüm də özümün sorağındayam,
Özüm də özümün səsin eşitməz.
Özümdən özümə nə səs,nə haray,
Özümdən özümə bir əl yetişməz.

Özüm də özümün səsin eşitməz,
Özüm də özümün yolun tərs gedər.
Bir görüb də sanıb dəli-divanə,
Özüm də özümə gülüb,qəşş edər.

Bir görüb də sanıb dəli-divanə,
Bir dağ basıb,özüm dağlar özünü.
Özüm vurub öz-özünə mənim od,
Özüm üflər alovunu,közünü…

…Ah gülüm,nə fərqi,indi mən harda,
Sazaqda,qardayam,ya tuzaqdayam?
Nə gəz,nə də ondan-bundan soraqla,
Mən özüm özümdən uzaqlardayam.

Məzahir İsgəndər
26.08.2019
www.kafiye.net