Hər millət öz kimliyiylə öyündüyü kimi mən də türklüyümlə qürur duyur və deyirəm:

Türkəm,türkün türk adına qurbanam

 


Yüz yol,min yol divanımı qursanız,
Kiməm,nəyəm,ya nəçiyəm,sorsanız,
Asıb,kəsib,başımı da vursanız,
Qeyrətimə,inadıma qurbanam,
Türkəm!..Türkün türk adına qurbanam!

Bir tərpənsəm,qabağımda kim dura?
Nişan ala,kim ox ata,kim vura?
Qarğa nə ki qabağımda qudura?
Qartal olub,qanadıma qurbanam,
Türkəm!..Türkün türk adına qurbanam!

İstəməyin məndən sübut,şahidi,
Türklüyümə türkülərim şahiddi,
Türk doğulan,olan gündən şəhiddi,
And içmişəm,bu andıma qurbanam,
Türkəm!..Türkün türk adına qurbanam!

Üşüdəcək hanı tufan,o boran?
Bir olmaz ki yolumda toz qoparan,,
Məni Mete,Atillaya aparan,
Yelqanadlı Qıratıma qurbanam,
Türkəm!..Türkün türk adına qurbanam!

Allah,məni türk bağında ək,bitir,
Açıb-saçsın gül-çiçəyim min ətir,
Ya al öldür,muradıma ya yetir,
Bir TURANLIQ muradına qurbanam,
Türkəm!..Türkün türk adına qurbanam!

Məzahir İsgəndə
www.kafiye.net