Dərdimi

Dərdimi üstümə örtdüm bu gecə
Dərdimə bürünüb yatdım bu gecə
O məni,mən onu bağrıma basdım,
Yuxuma şirin dərd qatdım bu gecə
Dərdimə bürünüb yatdım bu gecə.

Bəlkə neçə aşiq vüsala yetdi
Mənimsə köksümdə qəm gülü bitdi
Alovum Günəşə salama getdi
Hicrandan gur ocaq çatdımbu gecə
Dərdimə bürünüb yatdım bu gecə

Bu gecə ulduzlarr oldu həmdənim
Tənha Bulud gəzdi nurlu aləmi
Gözümün yaşıyla dolan gecənin
Ay olub köksündə bitdim bu gecə
Dərdimə bürünüb yatdım bu gecə.

Tamara Rustamova Tenha Bulud / 21.08.19
www.kafiye.net