Bir qadın gülərsə…

Bir qadın gülərsə,gülümsər cahan,
Günəş də nuruna bələr aləmi.
Dəyişər simasın bütün kəhkəşan,
Silinər dünyanın qəmi,sitəmi.

Bir qadın gülərsə,üfüqlər gülər,
Sökülər dan yeri qaranlıqların.
Qadın gülüşündən riqqətə gələr,
Açılar səması toranlıqların.

Qıymayın qadının gülüşlərinə,
Qırmayın qəlbinin zərif telini.
Uyub fitnə-felin gərdişlərinə,
Əzməyin,bükməyin qadın belini.

Sevincdən parlarsa gözü qadının, 
Başqa rəng qatmayın işıltısına.
Günəsin özüdür,özü qadının,
Qəmdən sədd çəkməyin parıltısına.

Bir qadın gülərsə…gülümsər cahan.

GÖVHƏR RÜSTƏMLİ. 11.08.19.
www.kafiye.net