YARI ZARAFAT YARI GERÇƏK

Gəlib zəmanəmizə,
Sosial şəbəkələr.
Ailə, uşaq evindən,
Ayrı düşüb dərbədər.

Ailə içrə oynayır,
Hərə başqa cürə rol.
Hər əldə bir telefon,
Hamısında kod, parol.

Özgələr olub qohum,
Qohumlar olubdu yad.
Bir-birini tanımır,
Hətta evdə ər-arvad.

Hərflər cərgə vurub,
Yarışırlar çapa-çap.
Hər otaqda astaca,
Nəğmə oxuyur whatsapp.

Gözümüz sabahlara,
Whatsapp ilə oyanır.
Baş söhbətə qarışır,
Mətbəxtdə yemək yanır.

Telefon əldən belə,
Düşə bilmir yataqda,
Sanki kimsə yaşamır,
Nə evdə nə otaqda.

İldə bir model çıxır,
Başqa cürə, başqa fon.
Hətta kitab dəftəri,
Əvəz edir telefon.

Ər-arvad arasında, 
Qalmayıb hörmət izi,
Hərənin öz telefonu,
Olub doğma əzizi.

Müəllif  Metanet Duyğulu.
19.07.2019
www.kafiye.net