MARAL GÖL

Düzləri çiçəkli, dağları meşə,
Ana təbiətin gözü, maralgöl.
Quşların cəh-cəhi,gətirib cuşə,
Artırır sinədə sözü maralgöl.

Suları dum-duru, sanki göz yaşı.
Göy göl bir üzük o, üzüyün qaşı.
Bir az duman olcaq dağların başı,
Olur ta cənnətin özü maralgöl.

Bircə baxışımla, hüsnünü görcək
Məni salamladı meşə, gül-çiçək.
Vallah bu dünyada bil ki, sənintək,
Bir gözəl görmədim düzü maralgöl.

Bəlkədə bir deyil, hey dönə-dönə,
Təbiət gözəllik veribdir sənə.
Gözəllər içində sənsən bir dənə,
Olsa da əllisi yüzü, maralgöl.

Duyğulu vuruldu hüsnünə sənin,
Ovladı qəlbini dağın, çəmənin.
Daha bundan sonra əziz kəlmənin,
Büsbütün olarsan özü maralgöl.

Müəllif Metanet Duyğulu.
15.07.2019
www.kafiye.net