“Örpəyim” 2 hissəli roman dan

Ah,nə gözəl qoxusu var orpəyimin,/Qızın cavab/
Mənə örpək bəxş eyləyən
Ellərinə qurban olum,
Anam mənim.
Qazlıq dağı çiçəkləri ,gülləriylə çətirlənib.
Burlaxatun,Banuçiçək nəfəsiylə ətirlənib,
Bu dünyanın malı-pulu
Dağlarımın, düzlərimin
Bir çiçəyi,bir gülüycən
Gəlməz mənə.
Zənginlərin imarəti,eyş-işrəti
Örpəyimin bir saçağı,
Bir teliycən gəlməz mənə.
Dədəm Qorqud kəlməsindən
Öyüd alaın o müqəddəs
Qolça Qopuz sazıyam mən,
Nə qədər ki bu örpəyim başımdadır,
Bu torpağın ən dövlətli qızıyam mən.

08.03.2019 Tamara Rustamova Tənha Bulud
www.kafiye.net