GƏLİRƏM

Həsrət ürəyimi qovurdu artıq
Tükənib canımda dözüm ,gəlirəm.
Hicran ömrü yer-yer sovurdu artıq
Saralıb,soluxub üzüm,gəlirəm.
**
Dərdimi dağ çəkməz söylərsəm dağa
Göz yaşım dönübdür axan bulağa
Artıq inanmıram zamana,çağa
Tapmadım dərdimə çözüm,gəlirəm.
**
Ayrılıq qəlbimə elə dağ çəkib
Fələk yolumuza çilə,qəm əkib
Sənsizlik zamansız belimi büküb
Agzımda titrəyir sözüm,gəlirəm.
**
Sənsiz ey sultanım mənə dünya dar
Gündüzüm qaranlıq,gecəm intizar
Uğrunda bu qədər çəkdim ahu-zar
Gördüm sən gəlmirsən,özüm gəlirəm.

Nazlı Hacılı.
6.07.2019.
www.kafiye.net