Rebbim,sevdiyimi özündən qoru

Rəbbim,sevdiyimi qoru bəladan,
Ruzigarın soyuq üzündən qoru.
Bilmədən etdiyi səhvdən-xatadan,
Dilindəki acı sözündən qoru
Rəbbim,sevdiyimi özündən qoru.

Aldansa dünyanın bər.-bəzəyinə,
Kin-küdurət girsə saf ürəyinə,
Amandır,tez yetiş çat köməyinə,
Şeytanın ardınca izindən qoru,
Rəbbim,sevdiyimi.özündən qoru.

Dost kimi görünən gizli düşməndən,
Arxasınca söyüb,üzə güləndən,
Dostluğu parada.-pulda biləndən
Paxılın kəm baxan gözündən qoru
Rəbbim,sevdiyimi özündən qoru.

Enişli-çıxışlı həyat yolu nda
Çətin sınaqları var sağ-solunda
Ətrafı boşalıb yalqız qalanda
Yorulub bükülən dizindən qoru,
Rıbbim,sevdiyimi özündən qoru

Demə Tənha Bulud üzü dönükdür
Axirət əzabı çiynimdə yükdür,
Mərhəmətin qəzəbindən böyükdür,
Cəzanın,şiddətin tezindən qoru,
Rəbbim ,sevdiyini.Özündən qoru.

06.07.2019.Şirvan
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net