AĞACIDIR.

İnsana xoş əməl,xoş amal gərək,
Nankorluq nankora ar ağacıdır.
Dərd verən fələkdir,sevənlər mələk,
Məhəbbət ən şirin bar ağacədər.
*
Eşq ölər eşqsizə əsir olarsa,
Alidir hiss qəlbdə yesir olarsa,
Əxlaqı zərrəcə kəsir olarsa,
Bu əxlaq əxlaq yox,dar ağacıdır.
*
Şirinin olmasa dağla ha çarpış,
Qəm ömrə dərd salır,məhəbbət naxış,
Var-dövlət istəsən zəhmətdən yapış,
Zəhmət zəhmətkeşə var ağacıdır…
*
Sevgisiz dəyəri olmaz heç nəyin,
Yaxşı yamanlığa yönəltməz səyin,
Əlində tuttuğu Xudayar bəyin,
Xeyir ağacı yox,şər ağacıdır.
*
Söz versən Nazlıya sözü dərin ver,
Qəlbi isti saxla,başa sərin ver,
Dilinə dilçəkdə elə şirin ver,
Eşidən deməsin mar ağacıdır…

Nazlı Hacılı.
www.kafiye.net