Vayıma gəlmə! 

Son dəfə danışdıq, qurtardı söhbət,
Daha gileyə də qalmadı sözlər,
Son sözün bu oldu,” bitdi məhəbbət”,
Nifrətdən od alıb, parladı gözlər.

Ayrılıq məqamı artıq yetişdi,
Ürəklər od aldı, kimdədi təqsir?
Bu da bir taledi, bu da bir işdi,
Qoy elə mən deyim, kimdi müqəssir.

Gəzmə günahkarı, günahkar mənəm,
Çatılan qaşlara, kaman demişəm.
Məni bəyənməyən, gör nə gündəyəm?
Sənə, ay bivəfa, canan demişəm.

Günahkar mənəm ki, hər kövrələndə,
Titrəyir sinəndə, ürək sanmışam.
Eh, hardan biləsən, yeri gələndə,
Xırda dərdinə də, gizli yanmışam.

Sakitəm, hörmətim varsa azacıq,
Sənsiz nalə çəksəm, hayıma gəlmə.
Bir gün eşitsən ki, ölürəm artıq,
Getdin xoş günümdə, vayıma gəlmə!!!


02. 07. 2019.
Sakit Memmedova
www.kafiye.net