Canım yanır!

 
 
Bilə-bilə,sevə-sevə ayrılıram,
Canım yanır.
Ruzigarda xəzəl kimi sovruluram,
Canım yanır.
Tərəzidə tarazlığa gələmmirik,
Bu həyuatda bir doyunca güləmmirik,
Bizi bizdə tapmışıqsa,böləmmirik,
Ət dırnaqdan aralanır,
Canım yanır.
İlk görüşün həyəcanı hələ durur,
Ayrılıqlar,məsafələr məni yorur,
Aramızda min əngəldən biri qürur,
Xatirələr xəyalımda sıralamır,
Canım yanır.
Bu sevginin vusal kimi çarəsi yox,
Bir bütünük,ruhumuzun parası yox,
Taleyimin xoşbəxtliklə arasıı yox,
Xəstə ürək təkrar-təkrar yaralanır,
Canım yanır.
Tənha Bulud,tənhalığın bitmədimi?
Ömrün boyu əzab çəkdin,yetmədimi?
Çiynindəki yük səni tərk etmədimi?
Sevdasına əsir könlüm paralanır,
Canım yanır.
Canım yanır.
 
 
 
01.07.2019 Şirvan
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net