Çalış ayagın büdrəməsin

Çalış ayagın büdrəməsin . Çalış ki yixilmayasan. Çünki ayagın büdrəsə səni tutmaqçün heç kim əl uzatmayacaq. Yixilsan səni ayaga qaldırmaq üçün uzandıgını sandıgın o əllər səni qaldırmaga yox bir daha itələməyə yönəlmiş olacaq. Çünki bu həyatda gücclülərin tərəfində olur hər kəs. Nə olur olsun ayaqda qalmalısan. Nə olur olsun gücünü toplamalısan. Yixilsan belə ayaga dərhal qalxmagl bacarmalısan növbəti zərbələri almadan. Çünki qalxmasan ayaq altında tapdanacaqsan .heç kim səni əzməmək üçün yolunu dəyişməyəcək hər kəs görməzdən gəlib üzərinə çıxıb səni əzəcək. Dostların belə səni yanlarında görmədiklərində aşagı əyilib səni qaldırmaq istəməyəcəklər.

Onlar belə səndən üz döndərəcək. Güclü olsan səni sevməyənlər də üzünə güləcək. Güclü olsan sən hər zaman haqlısan sən hər zaman qalibsən… Güclüsənsə dostların çox olacaq. Güclüsənsə seviləcəksən. Yaşamaq istəyirsənsə həyatln endirdiyi zərbələrdə ayaqda qalmagl bacarmalısan . O zərbələrin təkcə sənə yönəldiyi zənninə qapılsan tab gətirmək səninçün çətinləşəcək. Əmin ol ki o zərbələrdən sənin kimi yenicə yeriməyə cəhd edən hər kəsə dəyib. Ayaqda qalanlara baxıb güclü olmagı bacar . Aşagı baxsan maqnit kimi səni özünə çəkəcək. Dözümlü olmagı bacaranlara bax. Bu sənin zərbələrə dözümünü gücləndirər.. Mübarizə apar.

Özün üçün mübarizə apar heç kimə və heç nəyə görə ruhdan düşməyə dəyməz. Bu həyatda səninçün ən dəyərli olan sənsən. Səni ən çox sevən sənsən. Sənin ən yaxşı dostun sənsən. Əlindən tuta biləcək əl digər əlindi. Həyatı özün üçün sev və dəyərləndir. Zamanı özün üçün, özünə xeyirli olanlar üçün sərf et. Birinə yaxşşlıq edəcəksənsə bunu kiməsə görə etmə, özün bundan xoşlandıgın üçün et. Göstəriş üçün yaşama və heçnə etmə. Nə etsən öz ruhunu işıqlandırmaq üçün et. Bunu bil ki sən ən çox sənə lazımsan.

Nigar Şəmsi….
www.kafiye.net