ƏHSƏN..

Boşuna yol gedən batar lənətə
Qoy axsın alnından tər,deyim əhsən!
Sinəni sipər et halal zəhmətə
Sən də mənim kimi gər,deyim əhsən!
*
Qəlbə məhəbbət ək,eşqə şəkk etmə
Sevginin yolunu düzəlt,dik etmə
Özünə ər deyib ,namərdlik etmə
Əsil ər kimi ol,ər deyim əhsən!
*
Hər üzə gülənə tərəf əyilmə
Sarın köksünü dər,sara dərilmə
Şərin qarşısında yerə sərilmə
Şəri ayaq alta sər,deyim əhsən!
*
Nə yaxın gəlirsən,nə tab verirsən
Elə bil kiməsə hesab verirsən
Nə üçün qəlbimə əzab verirsən?
Könlünü Nazlıya ver,deyim əhsən!

Nazlı Hacılı.
www.kafiye.net