şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Son zəng! Mən, başda orta məktəb müəllimləri olmaqla,bütün şagirdləri,”SON ZƏNG” münasibətiylə təbrik edirəm.~
Müşfiqanə
Son zəngin vaxtıdır,indi vurular,
Tutqun könüllər də artıq durular.
Mənimsə qəlbimdən sorur duyğular,
Bu zəngli saatdan necə ayrılım?
Həmişə məktəbdə deyincən,gülən,
Birinin dərdini o,biri bilən,
Dərdlinin dərdinə çarə düşünən,
Bu çılğın həyatdan necə ayrılım?
Başımız üstündə dayanıb hər an,
Bizi hər dəm düzgün yola buyuran.
Gözümüz önündə,dərsdə qocalan,
Bu qədər ustaddan,necə ayrılım?
O,son gün,son saat düşdü yadıma,
Sakit,xatirələr yetdi dadıma.
On ilə çatdıran,”məzun” adına,
“Şagird” tək Qır atdan necə ayrılım?
Sakit Məmmədov
www.kafiye.net
Yorum Yapın