AZƏRBAYCANIM. BAYRAĞIM

Azərbaycan, hər an doğmasan mənə,
Çünki həm vətənsən həm də ki,anam.
Qürbət eldən səslənirəm mən sənə,
Dalğalanan bayrağına qurbanam.

Səninlə döyünüb qəlbim hər zaman,
Bayrağın Quran tək, olub and yerim.
Qalx əziz bayrağım elə dalğalan,
Düşmənin bağrına yara vur dərin.

Ey əziz bayrağım, üzərindəki,
Rənglərin mənası dərindən dərin.
Bir kərə səmaya yüksələn təki,
Bəzəyi olursan uca göylərin.

Mavi rəng Türkçülük anlamındadır,
Türkün birliyini yayır dünyaya.
Qırmızı ədalət, haqq yanındadır,
Anlamı, inkişaf, demokratiya.

Yaşıl həm dinimiz, həm imanımız,
Bu anlam Qurana bağlıyam demək.
Ay, ulduz, həm qeyrət, həm vicdanımız,
Uğrunda ölümə gedək biz gərək.

Düşmüsən dünyada dillərdən dilə,
Şöhrətin çəkiyə nə saya gəlməz.
Müqəddəs rəngləri daşıyan belə,
Bir kərə qalxdısa əsla yenilməz.

Qalx uca bayrağım, göylərdir yerin,
Dalğalan Qarabağ üzərində sən.
Düşməni elimdən eylə didərgin,
Sevinsin şəhidlər, sevinsin vətən.

Müəllif. Metanet Duyğulu.
28.05.2019.
www.kafiye.net