SƏSSİZ VULKAN

Məhtab qızı Gülnarı gəzintidən evə gətirəndə hava artıq qaralmışdı.O, tez süfrəni hazırlayıb Gülnarı və Hamleti süfrəyə çağırdı.Həmin gün Gülnarın gözləri sevincdən par-par yanırdı.Gülnarın sevinci Məhtabı da sevindirirdi çünki övladının sevinci onun sevinci idi.İşləri ilə əlaqədar olaraq qızını mütamadi gəzintiyə çıxara bilməmək Məhtabın ürəyini söküb yeyirdi.Amma, nə etmək olardı, işləməsəydi övladının tələbatlarını qarşılaya bilməzdi.Ona görə də heç bir istirahəti olmadan işləmək məcburiyyətində idi.Onsuz da evdə qala da bilməzdi evdə qalsaydı Hamletin məhkəmə divarına bənzəyən soyuq sifəti ilə üz-üzə qalacaq və bu da onun qəlbinin vaxtından əvvəl dayanmağına səbəb olacaqdı.Əslində ölüm Məhtab üçün şirin şərbətdən başqa bir şey deyildi onsuz da limanda yelkənsiz gəmi kimi gəzirdi, həyatını yalnız qızı Gülnara həsr etmişdi.Yeganə arzusu onu oxutmaq, və ona xoşbəxt həyat vermək idu.Elə buna görə də bu həbsxana həyatına bənzəyən bir ailə həyatına dözürdü.

Gülnarı Məhtab dünyaya gətirməsə də onu canından artıq sevirdi çünki, ilk dəfə analıq hissini ona Gülnar yaşatmışdı və uğursuz taleyi ilə barışmaq üçün ondan güc alırdı və həmçinin də Gülnar Məhtabın qəlbinin yeganə sevgisi olan Vüsalın qanını daşıyırdı.Vüsal onun doğmaca dayısı olurdu.Amma, Gülnarın bundan əsla xəbəri yox idi çünki o, Vüsalın nə adını eşitmiş, nə də üzünü görmüşdü.Gülnar övladlığa götürüldüyünü bilirdi lakin, bilsə də anadı olaraq Məhtabı, atası olaraq Hamleti qəbul etmişdi.Bioloji ata anasına isə dayı və xala deyir və dayı və xala gözündə də görürdü.O, Məhtabı canından artıq sevir və hər gün onu itirmək qorxusu altında yaşayırdı.Atasının anasına verdiyi əziyyətlərdən hiddətlənir, amma, susurdu çünki, onu da ata olaraq çox sevirdi.

Aylar ötür, illər biri-birini əvəz edirdi.Məhtab adəti üzrə səhər işə gedir, axşamları isə vaxtını bir az qızı ilə keçirdikdən sonra öz iş otağına çəkilir, dərdini öz xəyalları və nisgilli şeirləri ilə bölüşürdü. Hərdən Hamletin hirslə qapını çırpmasına diksinir, ürəyi yerindən oynayırdı.Yenə bu saat başlayacaq danışmağa Məhtabın da əsəbləri dözməyib nə isə bir cavab verəcək və bu zaman üstünə əl qalxacaqdı.Bu səs küydən isə Gülnarı məsum dünyası dağılacaqdı.

Məhtab artıq bu həyata alışmışdı çünki buna məcbur idi. Onu tanıyan dost tanış hərdən Məhtabı danlayıb ay qız özünə bir fikir ver, sən də salona get, üz gözünə əl gəzdir və başlayıb salonların adlarını sadalayardılar.Amma bu Məhtabın umrunda belə deyildi.Kimin üçün bəzənməli idi? İnsan sevib sevildikcə gözəlləşər və onda həyat eşqi oyanar.Bu isə Məhtaba çox yad bir hiss idi.O, bir kərə sevdi və bir kərə də sevgisi daşa dəydi.Əslində çox çalışdı ki, ailə həyatı sevgi dolu olsun, qəlbindəki nakam məhəbbəti əbədiyyən silinib getsin amma, buna nail ola bilmədi.Elə buna görə də özünü həyatın axarına atıb, harda bitər bitsin deyib, beləcə ömür sürürdü.

Halbuki onun nə qədər xəyalları, nə qədər gözəl arzuları var idi.Sevdiyi insanla ailə quracaqdı, onun övladının anası olacaqdı, sevdiyi onsanı hər gün sevə-sevə işə yola salıb elə sevə -sevə də qarşılayacaqdı.Amma həyat çox acımasızdı Məhtabın bu arzularının hamısını ürəyində qoydu.Hətta ondan ana olmağı belə əsirgədi. Nə yaxşı ki, həyatında Gülnar var idi əks halda Məhtab bəlkə də öz həyatına qəsd edərək dünyadan vaxtsız köçərdi.

Sən demə Tanrı iki sevən qəlbi ayırsa da, onların talelərini qoşa yazırmış. Vüsal da Məhtabın yaşadığı həyatın bir başqa üzünü yaşayırmış amma, biri -birindən xəbərsiz olaraq.Tanrı ona da uğursuz bir ailə qismət edib, öz sınaqlarından keçirirmiş. Gəncliklərində oxuduqları Roman və Povestləri özləri yaşadıqlarından xəbərsiz idilər.Məhtab Vüsalı xoşbəxt sanır, Vüsal da Məhtabı biri birindən uzaq ölkələrdə.Sanki bir ayla günəş olmuşdular.Biri batanda biri çıxırdı, biri birlərini əsla görmədən.Bəlkə də bu həyatı, ilk sevdikləri an, Sevgilərinə sadiq olmağa əhdi-peyman etdikdə, şahid ayı tutduqlarına görə yaşadılar.Əhd pozulduqdan sonra tale onlarn birini gün batana birini isı gün çıxana yolladı və ikisini də ayrı -ayrı və eyni əzablı
yollardan keçirdi.(((

Onlar görüşdülər aylı gecəydi,
Oğlan pıçıltıyla sevirəm dedi.
Əhdindən dönənin gözü yumulsun,
Ay da eşqimizə qoy şahid olsun.

(ARDI VAR)

Müəllif.Metanet Duyğulu.
www.kafiye.net