GÜLDÜM ACILARIMA

Gül-çiçek arasında sükutla başbaşayam,
Hüzurla salamlaşdım,tənhalıqdan haşayam,
Tikanlı bağ-bağçayam, bir hüsnü tamaşayam,
Qoxladım güllərimi, səhvimi bilə-bilə
Güldüm acılarıma, göz yaşım gilə-gilə.

İlham gəldi könlümə, qələmi aldım ələ,
Qələmim tufan oldu, sətirlərim zəlzələ,
Rəngli xəyallar qurdum, arzularla əl-ələ,
Sığal çəkdim dərdimə, həsrət ilə, zövq ilə
Güldüm acılarıma, göz yaşım gilə-gilə.

Gör nə qədər zamandır içimə qəm yığmışam,
Acılarla döyüşüb, dərdlərimi boğmuşam,
Dünya boyda dərdimle öz ovcuma sığmışam,
İndi bildim men dağam ,yaşadım ölə-ölə
Güldüm acılarıma, göz yaşım gilə-gilə.

Seadet Qerib Rzayeva
www.kafiye.net