Gözəl Ayselim.

Mənim qaragöz qızım,
Göylərdə dan ulduzum,
Baharımsan,həm yazım,
Şəlaləmsən,dağ selim,
Mənim gözəl Ayselim.

Şirin-şəkər dillisən,
Qara-qıvrım tellisən,
Azərbaycan ellisən,
Günəşim,ayım-ilim,
Mənim gözəl Ayselim.

Duzlusan-məzəlisən,
Gözəllər-gözəlisən,
Sevdamın əzəlisən,
Çiçəkli obam-elim,
Mənim gözəl Ayselim.

Nə zərifdir qamətin,
Qoru hər an ismətin,
Həyatda mərd ol,mətin,
Həm bəmim ol,həm zilim,
Mənim gözəl Ayselim.

Solmaz qurban səsinə,
O,incə nəfəsinə,
Ətirli nəğməsinə,
Qu quşum,anadilim,
Mənim gözəl Ayselim.

14fevral 1998
Müəllif:SolmazŞirvanlı
www.kafiye.net