Çoxdan

Çoxdan gedib gözlədiyin qatarlar ,
Vaqon dolu adam yoxdu təkəm bax !
Vurub məni bu qatardan atarlar,
Palan olmuş bir ömür ver çəkəm bax !

Yavan oldu, yava oldu dinmədim ,
Dərd çıxartdım düz başıma enmədin,
Ruhum mələk tapdı,heç sevinmədim ,
Bir dağ varmı dizlərində çökəm bax!

Fərqi yoxdu yuxuludu ,yatıbdı ,
Ərşə çıxan dünya,səsin batıbdı !? 
Sevinc payım kimi kimə satıbdı? 
Dəniz yumaz möhürlənmiş ləkəm bax !

Sahibi var dəlinində yerində , 
Vurma məni yaralama dərindən , 
Yorğun düşən ômrüm qalıb sərində , 
Al qoynuna parça parça tikəm bax !!

Sibel Oğuz
www.kafiye.net