MƏN SƏNINLƏYƏM…

Sevgilim deyirsən qorxuram yaman,
Qorxma tut əlimdən mən səninləyəm.
Əlimi əlindən çəkmərəm bir an,
Qorxma tut əlimdən mən səninləyəm.

Eşqsiz yaşamayaq bir ömrü hədər,
Puç olar ömrümüz, bihudə gedər,
Bu sevda yolunda sonuna qədər,
Qorxma tut əlimdən mən səninləyəm.

Baxıb sevgimizə desinlər əhsən,
Vaz keç bu təlaşdan anla bunu sən,
Ruhumu ruhuna bağlamışam mən,
Qorxma tut əlimdən mən səninləyəm.

Yadların sözünə baxma əzizim,
O saf ürəyini sıxma əzizim,
Sevib sevilməkdən qorxma əzizim,
Qorxma tut əlimdən mən səninləyəm…

 

Müəllif: Yaqub Kərim
www.kafiye.net