Qoymaz bəndəsini naümid ALLAH.
 
Tanrımızdan gələn hər ünə şükür! 
Hər səhərə şükür, hər günə şükür! 
Şükür, Yaradanın özünə şükür! 
Hər duadan sonra deyək ” in şə Allah”
Qoymaz bəndəsini naümid ALLAH!
 
Dərgahına sarı uzanan əllər
O Uca Varlıqdan gör nələr dilər…..
Sevinsin ürəklər, gülsün könüllər,
Verər mətləbini, verər in şə Allah
Qoymaz bəndəsini naümid ALLAH!
 
Gecəni gündüzlə əvəzləyən , O !
Sevimli bəndəsin əzizləyən , O !
Dualarla ruhun təmizləyən , O !
Edər hər dərdinə çarə in şə Allah
Qoymaz bəndəsini naümid ALLAH!
 
Yoxdan var yaradan o Uca Rəbbin
Qarşısında durub səcdəyə gəldim.
Əyildi önündə əyilməz qəddim!
Eşidər səsimi bir gün in şə Allah
Qoymaz bəndəsini naümid ALLAH!
 
GÖVHƏR RÜSTƏMOVA
www.kafiye.net