Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

SON MƏKTUB

Email :6


SON MƏKTUB

Günahım nə idi ki, üzümə durdun zalim,
Sənə olan sevgimi başıma vurdun zalim,
Təmiz sevda yolumda tuzaklar qurdun zalim,
Səni sənə buraxıb,gedirəm ey vəfasız..
**
Qədir-qiymət bilmədin,səndən mənə fayda yox,
Ağlatdın gözlərimi,ürəyimi qırdın çox,
Bundan belə həsrətlə sən də yollarıma bax,
Səni sənə buraxıb,gedirəm ey vəfasız.
**
Həyatımı qaraltdın xəyanətlə,yalanla,
Viran etdin ömrümü ,törətdiyin bəlanla,
Fərqin yox indi sənin zəhərli bir illanla,
Səni sənə buraxıb,gedirəm ey vəfasız.
**
Qəlbimi paraladın dərd verdin dərdlər üstə,
Ürəyimi sızlatdın ,canıma etdin qəst də,
Rəzil eylədin məni həm yadlara,həm dosta,
Səni sənə buraxıb,gedirəm ey vəfasız.
**
Günahım olmasa da,sən məni suçlu bildin
Nə sevən kimi sevdin, nə də bir yaxın gəldin
Ama ki xatirəmə çöküb əbədi qaldın
Səni sənə buraxıb,gedirəm ey vəfasız.

Nazlı Hacılı.
www.kafiye.net

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts