Keçən əsrin 90-cı illərində yaxın dostum olan
bir idarə müdiri məni vəziyyətimin çətin olduğunu
bildiyindən dolandirmaq məqsədilə məni yanında işə 
götürmüşdü. Bir müddətdən sonra ona belə məktum
yazdım:

Belə dolandırma məni

( Birinci kitabımda var)

Duru bir göl kimiyəm , girib bulandırma məni,
Başına dönüm, müdir, belə dolandırma məni.

Dözmürəm, ağrın alım, mən bu uişlərin tabına,
Atalar deyib, hərə urcah olar öz babına.
Çoxları burda salır, çömçəğni özgə qabına,
Dolandırmadın məni….. Dolandırdın “hər zad”ına,
Canımdan da bezmişəm, artıq usandırma məni,
Başına dönüm , müdir, belə dolandırma məni.

Əvvəllər deyirdiniz , sonrası yaxşı olacaq,
“Qazan”ımız boşalıb, bir-iki aya dolacaq.
Pulları çinləməyə cibdə heç yer olmayacaq,
Baxıram ki, bu “qazan” dibsiz imiş, dolmayacaq, 
Dolsa da, yox mənə pay , qardaş, inandırma məni.
Başına dönüm, müdir, belə dolandırma məni.

Baxıram ki, burada, hər bir işin yüz “çaşı” var, 
Beş nəfər iş biləni, saysız-hesabsız naşı var,
Hərəmizin üç “əri” , yeddi nəfər “oynaş”ı var,
Deyilən cümlələrin bilmirsən neçə başı var.
Özüm yaxşı qanıram , əlavə qandırma məni,
Başına dönüm , müdir, belə dolandırma məni.

Yüz dəfə , gündə udursan burada , sən “sarı”nı,
Mətqabın altda qoyurlar, bircə-bircə darını, 
Bağlayıblar eşşəyə , lap dəvənin ovsarını,
Təsəlli vermə, qağa, bir daha yandırma məni,
Başına dönüm , müdir, belə dolandırma məni


Çingiz Kürdəmirli .
www.kafiye.net