Ə l v i d a

Əcəl qapıdadı,ömür tələsir,
Ay gölüm,ördəyim,qazım,əlvida!
Ay çölüm-çəmənim,gülüm-çiçəyim,
Ay bağım-baharım,yazım,əlvida!

Nə səs gəldi,nə nə yetmədi nəfəsim,
Nə yanmadı,can demədi bir kəsim,
Ay sözüm-söhbətim,eşqim,həvəsim,
Ay tarım,kamanım,sazım,əlvida!

Varmı məncə bir ud kimi inləyən?
Min boşalıb,min də dolub,dinməyən?
Qədri bilinməyən,üzü gülməyən,
Ay çörəyim,suyum,duzum,əlvida!

İnam da,iman da,güman da yalan,
İçim də,çölüm də oldu min talan,
Hər birisi bir üzümdə yurd salan,
Ay odum-alovum,buzum,əlvida!

Qəm məni səslədi,dərd yolu kəsdi,
O da,bu da mənə yaman tələsdi,
Bundan belə,yaşamağım əbəsdi,
Ay Günüm,ay Ay-Ulduzum,əlvida!

Öz gücünü itirib də tapmayan,
Ağrını-acını gözdən atmayan,
Kirpik vurub yuxlamayan,yatmayan,
Ay əlim-ayağım,dizim,əlvida!

Dünya gəzib,bir də məni görənməz,
Nə incidib,nə bir söyüb,döyənməz,
Day,Məzahir bu dünyanı bəyənməz,
Ay yamacım,dağım-düzüm,əlvida!


Məzahir İsgəndər
www.kafiye.net