Dodağın Esdi

Bu gün dodağın əsdi,səsimi səsin kəsdi ,
Bu neçənci görüşdü, Bu neçənci ayrılıq ?
Bu gün dayanacağına qatarlarda tələsdi !
Bu necənci əlvida ,bu neçənci sağoldu ?!
Sən elə baxdın mənə bütün dünya boğuldu !

Bir ünvanın ayrılıq ,bir ünvanın sevgidi ,
Yuxunu aparan qız ,yuxunda yoxa çıxsın.
Sənə vətən demişəm ,vətənimdə sevgidi,
Bu həqiqət bildiyin həqiqətən yoxuymuş ,
Həyatın salnaməsi oğurlanmış yuxuymuş !

Çox sakit söylədiyin iki kəlmə söz gözəl !
Xəfifcə gülüşündü bir təbbəsüm hədiyyəm.
Cənnət dedim gözünə mənə baxıb döz gözəl!
Darıxmağa yox deyəm darıxana nə deyəm ?
Sən mənim tanrı payım ,Allahımdan hədiyyəm

Sibel Oğuz Avşar
www.kafiye.net