Ölmüşəm xəbərim yoxdur

Sən gedəli elə tənbəl olmuşam.
Pırtlaşıb saçlarım daraq da batmır.
Darağı alıram darayım deyə
Vallah heç ona da hövsələm çatmır.

Əl vurmuram daha evdə heç nəyə
Ev də tör -töküntü lap özüm kimi.
Almıram heç nəyi daha vecimə
İtim də ulayır ac qurdlar kimi.

Hər yer tör-töküntü hər yer dağınıq
Səliqə səhmana həvəsim yoxdur
Qab qacaq bulaşıq mətbəx qarışıq
İşığım sönübdür qazım da yoxdur.

Döşəmə toz -torpaq tavanda qurum
İndi də qonağım boz hörümçəkdir.
Gözümü dikirəm bir baxım görüm
Hörümçək sallansa kim gələcəkdir.

Bir də künc bucaq da qarışqalar var
Bu evin yeganə canlı aləmi
Durub dayanmırlar hey qaçışırlar
Gərəkdir onlardan alam taqəti.

Pəncərə önündə olan ağaca
Hər gün boz qarğalar gəlib qonurlar.
Danışıb onlarda öz dillərində
Arada möhkəmdən qarıldaşırlar.

Qorxuram güzgünün önünə keçim
Baxım görüm varmı ordan bir baxan
Bəlkə də ölübdür xəbərim yoxdur
Onun çün hay salıb o boz qarğalar.


Nahide Tagıyeva Qurbanova / 10.08.2018
www.kafiye.net