İnsanlar Var

İnsanlar var ki, doguşdan kor ya da lal- kar dogulurlar..bəziləri yerimə əngəlli olurlar..cismən nəsə çatışmazlıqlarla dogulurlar..amma zaman keçdikdən sonra müxtəlif əməliyat və vasitələrlə bunu pərpa etmək olur …insanlar var ki , doguşdan *vicdan əskikliyi* ilə dünyaya gəlirlər…doguşdan şəxsiyyət əskikliyi ,mənəviyyat çatışmazlıgı ilə dünyaya gəlirlər…bax bunu bərpa etmək daha dogrusu yaratmaq çox çətindi…əslində çətin olmasının səbəbi də *istəyin* olmamasıdı…doguşdan cismi bir əngəllə dünyaya gələn biri bu əngəli aradan qaldırmaq arzusuyla yaşayır ,içində İSTƏK olur və buna inanır..bir gün də bu istəyi həyata keçir…amma doguşdan dünyaya vicdansız ,şəxsiyyətsiz gələn biri özündə olan bu vicdan çattışmazlıgının fərqində belə olmur..dolayisiyla da fərqində olmadıgı üçün içində bunu bərpa etmək istəyi də mövcud olmur..və ortada bir istək olmadıgı üçün həyata keçməsi də gərək olan heçnə olmur …*VİCDAN ƏNGƏLLİ* olan insanlar baxar kor ,eşidən kar,danışan laldılar…çünki gördükləri həqiqət deyil öz təxəyyülləridir…eşitdikləri doğru olanlar deyil öz fərziyələridi..danışdıqları da öz aləmlərində dogru olan yalanlardı….vicdansız biri yalan danışmaqdan utanmaz…eşitdiyi dogrunu danmaqdan utanmaz…gördüyü həqiqətin əksini söyləməkdən əsla həya duymaz…

Bu vicdan əskikliyinin müalicəsi yoxdu….bəlkə də ən sagalmaz xəstəlikdi…
Bəzən də bu xəstəliyi valideyn öz övladında yaradır…yeni doguldugu vaxtlardan …bu da bərpası çətin olan bir çatışmazlıga çevrilir…

Allah heçkimi ” vicdan əngəlli ” etməsin…yoxsa bu vicdan çatışmazlıgı olan vicdansızların qurbanı ən şərəfli , ən vicdanlı şəxslər olurlar….Vicdanımızı içimizdə qoruyub saxlamaq ümidiylə ..

Nigar Şəmsi
www.kafiye.net