Bizim Küçenin Evveli

Bizim küçənin evvəli, 
Sizin küçənin sonu yox!

Sən yaşayan evdə ürək,
Bizim evinsə canı yox!
Evinizin kordu gözü, 
Seçmir əyrini düzünü!
Həyat yaşamaq yerinə
Alır elindən gözünü!
Lampa boyda günəşiniz,
Çıraq boyda ayınız var!
Dört divardı sizin vətən,
Dörtdən artıq sayınız yox!

Şifrələnmiş ölümlərin,
Açılmaz birdə səhəri,
Ölümdən geri qayıdır
Axtarır ölüm şəhəri!
Dünya qucağına alıb,
Laylayı çalmaq istəmir.
Yetim qalan arzuların
Anası olmaq istəmir!
Bizim səhərin əvvəli,
Sizin səhərin sonu yox!

Sən istəyən yerdə Vətən,
Mən istəyən yer hanı?
Yox!!

2.11.2008
Sibel Oguz
www.kafiye.net