Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Yenə də kənddəyəm

Email :8


Yenə də kənddəyəm

Yenə də kənddəyəm,təkəm-tənhayam,
Dərin bir deryayam,keçilməz çayam,
Sanıram göydəyəm, Günəşəm,Ayam,
Görənlər sanır ki,cansız heykələm,
Əzəl gündən qail oldum dərdə mən,
Bir Allahım,bir qələmim,bir də mən!
*
Adım sağdır,sanki ruha dönmüşəm,
Sonsuz fəzalardan yerə enmisəm,
Rəbbim özü verib dili,dinmisəm,
Doğru sözü söylədim hər yerdə mən,
Bir Allahım,bir qələmim,bir də mən!
*
O,verib dözmüşəm,hər bir acını,
Uzaq salıb məndən qardaş-bacını,
O qoyub başıma şair tacını,
O sınayıb,çox dözmüşəm dərdə mən,
Bir Allahım,bir qələmim,bir də mən!
*
Dözmüşəm bil,dozəcəyəm yolunda,
Pərvanəyəm,dolannam sağ-solunda,
İslanıb-əzilsəm yagış-dolunda,
Bir sadiq qulunam,sənin ey Vətən,
Bir Allahım,bir qələmim,bir də mən!
*
Solmaza,bu bəxti verəni sənsən,
Çəkdiyi acını görəni sənsən,
Telin düyün salıb hörəni sənsən,
Çarə bir özün ol,dözüm dərdə mən,
Bir Allahım,bir qələmim,bir də mən!!!

23-09-2018
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts