XƏYANƏT Redaktə edilməyib

3 Hissə
.Əlində süpürgə və zibil vedrəsi dayanıb bizi gözləyən xadimə qadın sakitcə içəri daxil oldu.
Onun bizi güddüyü açıq aydın ortada idi.
Dəhlizdən keçib küçəyə çıxdım. Poliklinikanın qapısından çölə ayaq basar-basmaz məni ilk qarşılayan payız küləyi oldu. Bir az durub hara gedəcəyimi düşündüm. Bağa gedib yenidən şəhərə qayıtmaq bir az vaxt aparacaqdı . Bəs nə edim ?deyib düşündüm. 
Asta-asta yeriməyə başladım. Elə bil çiyinlərim əyilmişdi. Özümü nə qədər şux tutmaq istəsəm də elə bil ki, bütün dünyanın yükünü mənim çiyinimin üstünə yığmışdılar .Bu yük isə mənə qamətimi şax tutmağa imkan vermirdi .
Atddığım bir ,iki addımdan sonra çiyinlərimin sanki əyldiyini hiss edir bundan da çox narahat olurdum. Bu neçə müddətdə yaşadıqlarımın ağırlığını sanki bu gün daha dərindən hiss etmişdim. 
Haqlı ikən, haqsız vəziyyətə düşmüşdüm. Fikirlər içində yola düzəlib hara getdiyimi belə dəqiqləşdirmədən bir xeyli yol getdiyinin fərqinə vardım. Axı belə hara gedirəm ?deyib dayandım. 
Ətrafa göz gəzdirib elə qarşısında dayandığım və böyük pəncərələri olan böyük bir geyim mağazasına baxdım. İri şüşələri olan pəncərələrin ağzına cansız modellərə geyindirilmiş son model marka geyimləri olan mağazaya daxil oldum. Bir neçə geyimi nəzərdən keçirdim. 
Bu müddətdə mağazanın satış meneceri dil boğaza qoymadan danışır mağazanın şəhərdə bir nömrəli olduğunu və bütün malların xaricdən gətirildiyini deyirdi. 
Onun nə dediyinin mənim üçün o qədər də əhəmiyyətli olmadığını hiss edən menecer yanımdan uzaqlaşdı. Deyəsən o da mənim nəsə almayacağımı ,yalnız başımı qatdığımı hiss etmişdi. 
Çıxarkən yanında dayanan qıza mənə baxıb nəsə dediyini hiss etdim.
Yəqin ki heçnə almırdı boş yerə çənəmi yordum deyə gileylənirdi.
Gedəcəyim yeri hələ də tam dəqiqləşdirməmişkən beynimə bir fikir gəldi.
Hə tapdım nə zamandır dənizi yaxından seyr etmirəm deyib əlimi yoldan keçən ilk taksiyə uzatdım. 
Elə bil taksi də mənim ona əl edəcəyimi gözləyirmiş kimi tez dayandı.Əyləşən kimi salam verib, 
Dəniz kənarı parka deyib susdum.Sürücü baş üstə deyib maşıı işə saldı. Çox az vaxta məni ünvana çatdırdı.Sürücünün pulunu verib maşından düşdüm.
Xəzərin yosun qarışıq nəmi o an məni vurdu.Pillələri yenib düz sahilə gəldim.
Payız olduğu üçün o qədər də sıxlıq deyildi.Tək -tük mənim kimi dərdli insanlar var idi parkda .Kimi oturub fikrə gedib, kimi isə lap dənizin yaxınlığında olan qoruyucu məhəccərə söykənib şıltaq ləpələri seyr edirdi. Demək olar ki oturacaqların əksəriyyəti boş idi. Dənizdən çox da uzaq olmayan bir yer tapıb əyləşdim. 
Dənizin nəm qoxusunu dərindən ciyərlərimə çəkib oxqay dedim.
Əyləşən kimi Vüsalın mənə qarşı etdiklərini gözümün önünə gətirdim.Qadınlıq qürurumun bu qədər alçaltmasına mən necə göz yummuşdum hələ də anlaya bilmirdim.Sevib ailə qurduğum bir insan məni evimizdə saxladığımız bir köməkçiyə dəyişmişdi.
Yaşadıqlarımı göz önünə gətirəndə məni qəhər boğdu.
İçimdən gələn bir səs astadan pıçıldadı. 
Afət ağla səni kimdir burda tanıyan. Qəlbində baş qaldıran bu qəhəri atmaq üçün göz yaşlarına heyifin gəlməsin. Göz yaşlarıma hakim olmaqda aciz qaldım . Nə zamandan bəri qəlbimə hakim olan bu yükü bir dəfəyə atmaq olmayacağını bilsəm də içimdən gələn pıçıltıya haq verdim. 
Onun önündə ağlayıb özümü alçatmaq istəməmişdim. Mənim göz yaşlarıma layiq olmayan biri olsa belə ağlamağımı görməməsi üçün özümə əziyyət vermişdim. İlahi insanın gözündə nə qədər göz yaşı özünə yuva qurub axması üçün bir məqam gözləyərmiş.
Əl yaylığı ilə axan göz yaşlarımı belə silmək istəmirdim.Onun üçün tökdüyüm göz yaşlarının özümə aid olan əl yaylığına hopmmasını belə istəmədim.Əl çantamda olan nəm salfetlə gözlərimi silirdim.
On yeddi illik ailə həyatımız bir anın içində dağılmışdı. Sevgi ilə qurulan ailədə övladın olmaması belə bizi bir birimizə bağlaya bilmədi. Anasının dəfələrlə mənim oğluma uşaq lazımdır . Bu var dövlət bu cah-cəla kimə qalacaq soyumuz kökümüz itib gedəcək deməsi Vüsalın da beynində cavabsız bir suala çevrilmişdi.
İlk öncələr anan düz deyir ,ayrılaq get ailə qur, sənin övladın olsun deməyim onun bir neçə dəfə evdən çıxıb getməsinə səbəb olmuşdu. Geri dönəndən sonra isə birdə bu haqda danışmayacıq .bu söhbət burda bitdi deməsinə baxmayaraq hardasa ona haqq da verirdim. 
Axı onun da haqqı idi ata olmaq .Öz söyadını daşıması üçün övlada ehtiyacı var idi .
Anası nənə olmaq digər qadınlar kimi nəvə oynatmaq nəvə sevələmək istəyirdi. Onun sözlərinin qarşısında aciz idim. Qulağım eşidə-eşidə danışdığı sözləri ürəyim qan ağlaya ağlaya dinləyirdimsə də cavab verə bilmirdim.
Hərdən içimdən qopan bir nalə, bir ah az qala məni fəryad çəkməyə qışqırrıb bağrmağa ANA ola bilməmək mənim günahımı,.deməyə vadar etsə də, tez özümü cilovlayıb sakitcə öz otağıma çəkilir, dərdimi daş divarlarla bölürdüm.. Axı hansı qadın istəməzdi ki dünyay övlad gətirsin ana olsun .sevdiyi kişinin övladını dünyaya gətirib onu ən uca zirvəyə atalıq şərəfinə ucaltsın.
Məndə istəyərdim ki illərlə səliqəsi pozulmayan otağımın səliqəsi pozulsun . Pəncərənin bəzənmiş gəlinə bənzəyən pərdələrini körpəm dartıb oynatsın .
Ən əsası isə mən də ana kimi öz körpəmi bağrıma basıb ona lay-lay oxuym.Otağımdan süd qoxulu körpə nəfəsi duyulsun.
Allah verməyəndən sonra mən kim idim ki.
Dəfələrlə uşaq evindən uşaq götürüb saxlamaq istədiyimi desəm də Vüsalın sərt cavabı ilə qarşılaşmışdım.
Bir dəfə anası ilə də bu haqda danışdım .Oğlunun boşanma\a razı olmasını o ,da çox gözəl bilirdi. Heç olmasa bir ana bir qadın kimi məni anlayacağını düşünmüşdüm.
Ana bəlkə uşaq götürək saxlayaq deməyimiə qadın məni min peşman etdi. Öz sonsuzluğunu balamın üstünə atma.Mənim oğlum günü bu gün evlənsə ata ola bilər. Kiminsə bici bizim nəyimizə lazımdır ki övladlığa götürək. Soy kökü bilinməyən övladı bura heç kim gətirə bilməz.
Bəlkə də əlində imkanı olsa mən didib parçalayardı.
Kaş elə məni vuraydı qəzəbini soyutmaq üçün əl qaldıraydı.
Ancaq mənə sən ,.Söyyüd ağacı kimi barsızssan .Onu da çoxları sevib həyətinə əkir amma bar vermədiyini görüb gec tez baltalayırlar ,deməyəydi.
Amma haqqlı idi.
Axı mən nə zamansa dünyay övlad gətirib ana olub onun oğlunu ata edə bilməyəcəydim.
Bunun nə mənim nə də onun günahı olmadığını hər ikimiz bilirdik.
Nə qədər belə oturduğumu dəqiq bilmədim.Havanın yavaş-yavaş soyuması məni fikirlərimdən ayırdı.Saata baxdım düz beş tamam idi.Axşama Gövhər xanıma söz vermişdim onlara getməli idim.

 

Ardı var

Nahide Tağıyeva Qurbanova
www.kafiye.net