XƏYANƏT,, Redaktə edilməyib

Hekayə

2 hissə

Allah saxlamışdı.Özümə gələndə artıq gec idi.güzgü sınmış qapını dəhlizdən döyən vardı.
Afət xanım .
Afət xanım deyilən bir səs məni özümə qaytardı.
Yerə düz ayaqlarımın uc tərəfində döşəmədə yer alan qırılmış iri güzgü sınıqlarını görəndə təşvişə düşdüm.
Bir dəqiqə deyib qapıya tərəf gedib açarı burdum .Qapının çöldən itlənib açılması saniyələr çəkdi.
Qapının önündə dayanan simasından nur yağan Gövhər xanım idi.
Məni diqqət və təəccüblə süzüb gülümsədi və astadan mənə doğru əyilib pıçıltalarla belə olmaz qızım dedi.
Hər birimiz o həyatı keçib bu günlərə gəlmişik .
Sonra bir qayğıkeş ana kimi əimdən tutub bir çəkil sənə baxım görüm əlin ayağına bir şey olmayıb ki.
Sanki otaqda baş verənlərdən xəbərdarmış kimi danışdı.Düzü bir az utandım amma özüm o yerə qoymadım..
Bu nurani xanımın gülüşünə məcburən təbbəsümlə cavab verdim.Yox elə bir az əlim yaralanıb deyib kəsilmiş əlimi ona doğru uzatdım. 
Bir az?
Nə bir az ?əlimi diqqətlə nəzərdən keçirib hələ də qapının astanasında durduğuna işarə edərək məni burdamı saxlayacaqsan dedi.
Sanki ağlım hələdə yerinə gəlməmiş kimiydim.
Elə bil ərəbzəngi idim .
Qapının ağzında durub xanıma içəri keçməsinə icazə vermirdim.
Oy siz allah bağışlayın deyib üzürxahlıq etdim və geri çəkilib ona içəri keçməsi üçün şərait yaratdım.
Əlimi hələdə əlindən buraxmayan Gövhər xanım ardınca tez qapını bağladı.
Sərt görkəm alıb 
Sənin fikrin nədir sən nə edirsən dedi.
İşdən atılmaqmı fikrindəsən ?
Haqqında yayılan dedi-qodulardan deyəsən xəbərin yoxdur.
Polikilinika iki yerə bölünmüş vəziyyətdədir.Özünə dost bildiyin insanlar hamısı sənin haqqında yayılan dedi-qodulara inanıb səndən gileylənirlər.
Eşitdiklərimə inan bilmirdim.Sanki bir yuxuda idim.Qarmaqarışıq bir yuxu görürdüm.Bir insanın məni yuxudan ayıltmasına ehtiyacım vardı.
Əllərimi onun əlindən şəkib ,siz nə danışırsız Gövhər xanım dedim.
Qeyri ixtiyari gözlərimdən axan yaş yanaqlarım boyu yuvarlanıb boynuma düşdü.
Əlimi onun əlindən çəkib göz yaşımı silmək istərkən əlimdən axan qanın yanağıma dəydiyinin fərqinə də varmadım.
Yanağıma yuvarlanıb ordan dodağıma səmt alan göz yaşının qan qarışıq təmini dodağma düşən yaşdan anladım.
Hə bəs nə bilirdin ?
Heç kimin zənginə cavab verməyəndə heç kimlə görüşmək istəməyəndə, adına çıxarılmış söz -söhbəti kimlərinsə düzgün anlayacağını heç düşünmədinmi qızım?
Dəfələrlə səninlə danışmaq istədim heç kim səninlə görüşmək üçün mənə imkan yaratmadı.
Gövhər xanım danışdıqca deməyə söz tapmırdım.İçimdən bir səs öz məsumluğunu necə isbat edəcəksən deyə fəryad qoparırdı.
Niyə Afət niyə axı sən ?
Xəyanətin qurbanı olan da sən günahkar kimi tanınan da sən deyib hönkürdüm.
Məni qoynuna doğru çəkib boynumu qucaqlayan qadını illər öncə itirdiim anam kimi yaxın hiss etdim.Ona sarılıb göz yaşlarımı ağ xalatına sildim.
Bir ana nəvazişi ilə saçlarıma sığal çəkib kövrək səslə.Ağla qızım ağla qəlbin boşalsın.Nə zamandır nələr yaşamısan allah bilir deyib susdu.
Dediklərindən heç bir şey anlaya bilmirdim .Axı mənim haqqımda nə dedi qodu yayıla bilərdi ki7
.Onun etdiyi xəyanəti qəbul etməyyib ayrılmaq üçün məhkəməyə ərizə vermişdim.Bundan başqa heç nədən xəbərim yox idi.
Boşanma haqqında məktub gələn kimi isə evi tərk edib bağ evinə yerləşmişdim.Ordan da köçmək fikrim var idi.Onunla aramızda olan bağlar çoxdan qopmuşdu.Artıq bizi bir -birimizə ba\layacq heç bir şey yox idi.
Bir müddət sonra məni m başımı çiynindən ayırıb eyni təbbəsümmlə ay qız bu nədir xalatımı niyə bu günə saldın deyib güldü.
Ağ xalatının çiyin hissəsi gözümə çəkdiyim karandaşdan qaralmışdı.
Siz allah bağışlayın heç nə baş verdiyini anlamış deyiləm deyib köks ötürdüm.
Keç əl üzünü yu özünü səliqəyə sal və heç kimlə bu haqda heçnə danışma dedi.
Körpə uşaq kimi başımı yelləyib yaxşı dedim
Əl-üzümü yuyub xalatımı dəyişdim.Bu müddətdə kənardan hərəkətlərimi diqqətlə izləyən Gövhər xanım bax belə sənə üzülmək yaraşmır.
Mən səsnə qızım kimi inanıram.İndi gəl bura əlini bintlə sarıyaq harasa toxunan da yenidən qanaya bilər.
Ona doğru bir mütilliklə addım atdım.Əlimə öncə spirt sonra dərman qoyub bintlə sarıdı.Bax belə deyib məlum təbbəsümlə üzümə baxdı.
Bu axşam bizə gəl .Evdə heç kim yoxdur təkəm.Bəlkə danışmağa sözün oldu.
Bir az düşünüb yaxşı dedim.
İndi isə get axşam gözləyəcəm deyib otağımdan çıxdı.
Əl çantamı götürüb dəhlizə boylandım.Əlində süpürgə və zibil vedrəsi dayanıb bizi gözləyən xadimə qadın sakitcə içəri daxil oldu.
Onun bizi güddüyü açıq aydın ortada idi.

Ardı var

Nahide Tağıyeva Qurbanova
www.kafiye.net