Mən Yuxularımın Qatili

Mən yuxularımın qatili 
Qəlbimi edam eden biri
Bakıda itgin düşmüş
Bir şeirin misrasıyam…

Bəlkə də ləçəyini itirmiş gül qönçəsiyəm?!
Bilmirəm…

Kimsənin xəbəri yox bu qadın bədənindən 
Bu uşaq təbəssümlü sevgidən…

Bax yenə yagış yağır 
Yenə islanıram köynəyimin düymələrinə kimi
Yene üşüyürəm nefesinə qədər!

Gəl, 
Gəl yaşat məni.
Solmuş ümidlerimi sıxım sinənə
Sakini olum dünyanın…

Bakının küçələrinə səpələnib səsim 
Bir gəlib yığsan səsimi…
Bir sevginin buluduna buxarlansan mənimlə
Bu hüzünlü gündə ..

Sibel Oğuz
www.kafiye.net