şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Getmək İstəyirəm Mən
İnşallah qürbətdən vətənə dönəndə,ilk ziyarət yerim Kərki olar.
Getmək istəyirəm mən, viranə yurd yerimə,
Qucmaq istəyirəm mən nigaran torpağını.
Qayıtmaq istəyirəm, uşaqlıq illərimə,
Qoxlamaq istəyirəm gülünü, yarpağını.
Bir an dikib gözümü, buz bağlamış dağlara
Xəyalımla keçmişi, yaşatmaq istəyirəm.
Şıltaq gülüşlərimlə, dönüb həmin çağlara,
Dil dil ötüb qəlbimi,boşaltmaq istəyirəm.
İstəyirəm yığılsın, başıma yenə hamı,
Yenə hana qurulsun, anam toxusun gəbə.
Mənsə alıb əlimə, o ilk sarı çantamı,
Yubanmaq qorxusuyla, qaçıb çatım məktəbə
Ruhumla xəyalımla, canlansın istəyirəm,
Gözlərimdə uşaqlıq çağımın hər bir anı.
Ayaqyalın baş açıq, uşaqlarla deyirəm,
İsti soyuq bilmədən, gəzək küçə, dalanı.
Getmək istəyirəm mən viranə yurd yerimə,
Qəlbimnən həsrətimi qovlamaq istəyirəm.
Qovuşmaq istəyirəm vətənimə, elimə,
Vüsalı həsrətimlə ovlamaq istəyirəm.
Müəllif.Mətanət Duyğulu.
09.07.2018.
Xatırladım ki şeirdə “Gəbə”xalça deməkdir.
www.kafiye.net
Yorum Yapın