Məhəbbətdə GÖZ YAŞI(bədaətən)

Deyirəm görəsən niyə saf sevgilər,
Göz yaşıyla yoğrulur?
Məgər doğulanda kimsəsiz olub,
Kimsəsiz də doğulur?
Saf sevginin göz yaşına nədən,
Axı nədən,məhəl qoyulmur?
Qara əllər parçalayır, canavarlar
Söküb yeyir,
Qəlbi sevgisiz,ruhu qaranlıq insanlar,
Ləzzət alır edib seyir.
Saf sevginin göz yaşına göydə mələklər ağlayır,
Ürəyindən qopan fəryad,insan olan
Bir insanın,
Kövrək qəlbini dağlayır.
Əzəlinnən saf məhəbbət çəkər həsrət,
Gözlərinə bulud çökər,
Kimsədən amma heç kimsədən görməz
Zərrə qədər bir mərhəmət.
İllər ötər,
Zaman keçər bu sevginin göz yaşına cavab verər
Tanrı yalnız.
Amma keçən o illəri,
Yalqız gəzən saf məhəbbət,
Kimlərisə qoyar yalqız.
Uzun illər aramsızca axıtdığı göz yaşında,
Yaşadığı tanhalığın, amansızca ağuşunda,
Öz çəkdiyi acıları,
Çəkdirərək kimsələrə,
Uzun illər keçər yenə,
Belə çatar vüsalına saf məhəbbət,
Özü həsrət çəkə çəkə,
İndi də o,
Kimlərisə qoyur həsrət.
Bir zamanlar göz yaşları tökə tökə,
İndi isə kimlərisə yaşadacaq gözü yaşlı.
Görən niyə saf məhəbbət belə olur, başı daşlı?
Siz söyləyin ey insanlar,
Kimdir axı bu sevgidə günah edib,günah yazan?
Saf sevgini göz yaşında yaşadanmı,
Yoxsa onu qara əllə,
Canavar tək didib pozan?
Ağlayan da ağladarmış kimlərisə zaman zaman.
Amma təəssüf edirəm ki,
Ağlayanın ağlatdığı günahsızdı,
Hər ikisinin göz yaşına səbəb olan,
Saf sevgiyə məhəbbətə qənim olan,
Bir qansızdı.

Müəllif.Metanet Duyğulu.
www.kafiye.net