QƏZƏL

Çəksəm də cəfa – əhdə vəfa, yar könül açmır.
Ondan umacaq tale payı bar, könül açmır.

Gəl, Ey canım! Anla, sənə çox verdi cəfalar,
Getdi. Deyil O, məşuqi dildar, könül açmır.

Qəlbimdən uçan eşq alovu göyləri yaxdı,
Qurudu tər fidanım gül – gülzar könül açmır.

İstər idi eşqim desin, Ey göy! Necə azsan.
Olsa, əgər o sevgi yolu dar, könül açmır.

Fəxrəndə verəcək deyərək, sevdaya düşdüm.
Hər gün böyüyüb ərşə çıxan zar, könül açmır.

O soyuq buz baxışı ərzi iqlimi dəyişdi
Mövsümi baharda üşüdən qar, könül açmır.

Ey Mübariz! Qıl onun afəti eşqini sona,
Özgəyə meyl salıb – eylə güzar, könül açmır.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net