Əsən külək 

Tellərimin qoxusunu 
Gətirəcək bu gün sənə.
Səndə bu gün o qoxunu
Doldurarsan ciyərinə.
Bəlkə bir az xiffət edib darıxarsan.
Yoxluğumçün sən özünü qınayarsan.
Eh bəlkədə unutmusan
Saçlarımın qoxusunu.
Məndə nəyi düşünürəm
Yoxluğumun xiffətin edirsən deyirəm
Bax saflığım hələ yenə mənimlədir
Düşünürəm bu yoxluğum
Sənin üçün ağır dərddir.
Bəlkə,bəlkə ,bəlkə yenə bu bəlkələr.
Görürüsənmi haqq verirəm yenə sənə.
Demirəmki günahkarsan 
Günahın var.
Bu həyatda mənim boyda qınağın var.
Bilirsən ki heç vaxt səni qınamadım.
Ayrılıqçün,
Bu çəkdiyim həsrət üçün
Səni günhkar sanmadım.
Bircə dəfə demədim ki
Günahın var.
Yarım qalan bu sevgidə
Bicə sənin,bircə sənin öz əlin var.
Bax o zaman asi olduq bu taleyə
Bəxtimizdə yazılmayan bu sevgiyə.
Hər nə oldu alnımızda yazı dedik.
Yazan yazıb biz nə edək buna dedik.
Saçlarımın qoxusunu
Bu gün sənə göndərmişəm.
Külək əssə sənə doğru,
Gətirəcək ,söz vermişəm.

Nahidə Tagıyeva Qurbanova 07.06.2017
www.kafiye.net